Azərbaycan əsas tədarük bazarlarından birinə mis ixracını kəskin artırıb

Biznes
  • 06 fevral, 2023
  • 09:49
Azərbaycan əsas tədarük bazarlarından birinə mis ixracını kəskin artırıb

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan xaricə 23,8 milyon ABŞ dolları dəyərində 16 min 895 ton mis filizi və konsentratı göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Azərbaycan Özbəkistana 17,17 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 13 min 203 ton (+2,4 dəfə), İsveçrəyə 5 milyon ABŞ dolları dəyərində (-63,7 %) 2 min 934 ton (-64,4 %), Türkiyəyə 1,6 milyon ABŞ dolları dəyərində (+49,8 %) 755,51 ton (+47,5 %), İrlandiyaya 0,54 min ABŞ dolları dəyərində (+93 %) 1,92 ton (+56,1 %) və Böyük Britaniyaya 0,02 min ABŞ dolları dəyərində 0,75 ton (1 il 7 aydan sonra tədarük bərpa edilib) məhsul satıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan xaricə (5 ölkəyə) göndərilən 15 min 753 ton mis filizinin 57,4 %-i İsveçrənin, 39,4 %-i Özbəkistanın payına düşüb.

Hesabat dövründə Azərbaycana 0,58 min ABŞ dolları dəyərində (-64 %) 0,05 ton (-28,6 %) mis idxal edilib.

Gürcüstandan 0,52 min ABŞ dolları dəyərində (-43 %) 0,03 ton (-25 %) və Özbəkistandan 0,06 min ABŞ dolları dəyərində (-90,5 %) 0,02 ton (+2 dəfə) mis alınıb.

44 filmi