Azərbaycan əsas tədarük bazarından tozsoran alışını kəskin artırıb
- 31 avqust, 2024
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 13,32 milyon ABŞ dolları dəyərində 237 min 513 ədəd tozsoran idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20,5 %, kəmiyyət olaraq – 46 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 6,73 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % çoxdur) 140 648 ədəd (+76 %), Vyetnamdan 3,2 milyon ABŞ dolları dəyərində (+11 %) 47 045 ədəd (+28 %), Türkiyədən 980 min ABŞ dolları dəyərində (-7 %) 40 027 ədəd (+24 %), Almaniyadan 311 min ABŞ dolları dəyərində (-13 %) 1 825 ədəd (-1,2 %), Malayziyadan 281 min ABŞ dolları dəyərində (-28 %) 1 293 ədəd (-50 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 37 ölkədən idxal edilmiş 380 min 680 ədəd tozsoranın 56,2 %-i Çinin payına düşüb.