Azərbaycan əsas tədarük bazarından kömür idxalını kəskin artırıb
Biznes
- 05 aprel, 2024
- 12:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar ayında Azərbaycan 589,3 min ABŞ dolları dəyərində 2 min 840 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,7 dəfə, kəmiyyət olaraq – 3,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 586 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,7 dəfə çoxdur) 2 min 839 ton (+3,3 dəfə) və Türkiyədən 3,3 min ABŞ dolları dəyərində (+91 %) 0,7 ton (-65 %) kömür alıb.
2023-cü ildə Azərbaycanın 5 ölkədən idxal etdiyi 8 min 937 ton kömürün 99,7 %-i Rusiyanın payına düşüb.
Son xəbərlər
11:08
Foto
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Hadisə
11:01
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Xarici siyasət
11:00
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir - Faktiki hava
Ekologiya
10:57
Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir
Xarici siyasət
10:52
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
Digər ölkələr
10:31
Foto
Video
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib
Komanda
10:21
Ər-Riyada yönələn ballistik raket vurulub
Digər ölkələr
10:16
Dünya çempionatı: Azərbaycan güləşçilərindən üçü mübarizəyə başlayır, ikisi final görüşünə çıxacaq
Komanda
10:14
Foto
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
Komanda