Azərbaycan əsas tədarük bazarından gil idxalını 785 dəfə artırıb

Biznes
  • 10 may, 2024
  • 12:56
Azərbaycan əsas tədarük bazarından gil idxalını 785 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 447 min ABŞ dolları dəyərində 2 min 182 ton gil (bentonit, digər gillər) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 4,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycana Rusiyadan 208,54 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 536 dəfə çoxdur) 1 min 570 ton (+785 dəfə), Türkiyədən 160,82 min ABŞ dolları dəyərində (+45 %) 525 ton (+50 %), Çindən 36 min ABŞ dolları dəyərində (+18 dəfə) 14 ton (+28 dəfə), Braziliyadan 18,42 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 7 ton (+3 dəfə), Amerika Birləşmiş Ştatlarından 15 min ABŞ dolları dəyərində (-81 %) 17,23 ton (-79 %) məhsul gətirilib.

2023-cü ildə Azərbaycana 14 ölkədən idxal edilmiş 12 min ton gilin 73,1 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə