Azərbaycan əsas tədarük bazarından cücə idxalını 4 dəfədən çox artırıb
- 27 aprel, 2022
- 07:53
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk iki ayı ərzində Azərbaycana xaricdən 1,561 milyon ABŞ dolları dəyərində 4 milyon 178 min 540 ədəd çəkisi 185 qramdan artıq olmayan diri ev toyuqları (cücə) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 4,5 dəfə artıb.
Hesabat dövründə Türkiyədən 940,78 min ABŞ dolları dəyərində 3 milyon 503 min 200 ədəd, Gürcüstandan 308,6 min ABŞ dolları dəyərində 614 min 500 ədəd, Rusiyadan 311,38 min ABŞ dolları dəyərində 60 min 840 ədəd cücə alıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 4,1 dəfə və 3,8 dəfə artıb, Rusiyadan – 34,6 % və 36,8 % artıb. Ötən ilin yanvar-fevral aylarında Gürcüstandan tədarük olmayıb.
Qeyd edək ki, 2021-ci il ərzində ölkəyə gətirilən 13 milyon 083 min 149 ədəd cücənin 85,2 %-i Türkiyənin payına düşüb.