Azərbaycan əsas tədarük bazarına yumurta ixracını kəskin artırıb

Biznes
  • 04 may, 2024
  • 08:22
Azərbaycan əsas tədarük bazarına yumurta ixracını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2,4 milyon ABŞ dolları dəyərində 25 milyon 812 min ədəd yumurta (inkubasiya üçün mayalanmış yumurtalardan başqa) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 91,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 1,151 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 dəfə çoxdur) 12 milyon 852 min ədəd (+18 dəfə), Rusiyaya 1,151 milyon ABŞ dolları dəyərində 12 milyon 240 min ədəd (bir il əvvəl tədarük olmayıb) və İraqa 60 min ABŞ dolları dəyərində (-85 %) 720 min ədəd (-87 %) yumurta satıb.

2023-cü ildə Azərbaycandan 4 ölkəyə ixrac edilmiş 48 milyon 544 min ədəd yumurtanın 68,8 %-i BƏƏ-nin payına düşüb.