Azərbaycan əsas satış bazarına alüminium tədarükünü kəskin artırıb

Biznes
  • 14 avqust, 2023
  • 12:52
Azərbaycan əsas satış bazarına alüminium tədarükünü kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 50 milyon ABŞ dolları dəyərində 20 min 601 ton alüminium (emal olunmamış) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19 % azdır, kəmiyyət olaraq – 8,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 37,12 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33,2 % çoxdur) 15 min 312 ton (+78 %), Yaponiyaya 6,481 milyon ABŞ dolları dəyərində (-22,6 %) 3 min 101 ton (-6,6 %), Özbəkistana 4,823 milyon ABŞ dolları dəyərində (+1,6 %) 1 min 606 ton (+4 %), İtaliyaya 1,359 milyon ABŞ dolları dəyərində 491 ton (bir il əvvəl tədarük olmayıb), İrana 135 min ABŞ dolları dəyərində (-7,5 %) 70 ton (+48,5 %) məhsul satıb.

2022-ci ildə Azərbaycandan (12 ölkəyə) ixrac edilmiş 45 min 610 ton alüminiumun 62,2 %-i Türkiyənin payına düşüb.

44 filmi