Azərbaycan Ərzurumdan məhsul idxalına çəkdiyi xərci 34%-dən çox artırıb

Biznes
  • 05 iyul, 2023
  • 09:45
Azərbaycan Ərzurumdan məhsul idxalına çəkdiyi xərci 34%-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Türkiyənin Ərzurum bölgəsindən Azərbaycana 2022-ci ilin eyni dövrü ilə müqayisədə 34,1 % çox – 1,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Bununla da, bölgənin ixracında Azərbaycanın payı 18,74 %-ə çatıb və ilk 5-likdə qərarlaşıb.

Hesabat dövründə bölgədən 33 ölkəyə ixrac həyata keçirilib. Ən böyük ixrac Gürcüstana (2,9 milyon ABŞ dolları), Azərbaycana (1,9 milyon ABŞ dolları), İraqa (1,5 milyon ABŞ dolları), Maldovaya (899 min ABŞ dolları) və Sierra-Leoneyə (493 min ABŞ dolları) reallaşdırılıb.

Təkcə iyun ayında isə Azərbaycan Ərzurumdan 325,8 min ABŞ dolları dəyərində məhsul idxal edib. İyunda bölgənin ən böyük idxalçıları Gürcüstan (596,3 min ABŞ dolları), Azərbaycan (325,8 min ABŞ dolları), İraq (209,36 min ABŞ dolları) və Fransa (27,6 min ABŞ dolları) olub.