Azərbaycan Ərzurumdan məhsul idxalına çəkdiyi xərci 31 %-dək artırıb
- 14 aprel, 2023
- 10:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Türkiyənin Ərzurum bölgəsindən Azərbaycana 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30,7 % çox – 805,5 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Hesabat dövründə bölgədən 20 ölkəyə ixrac həyata keçirilib. Ən böyük ixrac Gürcüstana (1,3 milyon ABŞ dolları), Azərbaycana (805,5 min ABŞ dolları), İraqa (548,44 min ABŞ dolları), Ekvatorial Qvineyaya (151,99 min ABŞ dolları) və Fransaya (133,38 min ABŞ dolları) reallaşdırılıb.
Təkcə mart ayında isə Azərbaycan Ərzurumdan 346,2 min ABŞ dolları dəyərində məhsul idxal edib. Nəticədə Azərbaycanın bölgənin ümumi ixracındakı payı 22,42 % olub.
Martda bölgənin ən böyük idxalçıları Azərbaycan (346,2 min ABŞ dolları), Gürcüstan (272,67 min ABŞ dolları), İraq (209,36 min ABŞ dolları) və Fransa (59,82 min ABŞ dolları) olub.