Azərbaycan Dünya Bankı ilə “Daha güclü idarəetmə” texniki yardım layihəsini müzakirə edib 

Azərbaycan Dünya Bankı ilə “Daha güclü idarəetmə” texniki yardım layihəsini müzakirə edib  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Dünya Bankı arasında Avropa İttifaqının 2019-2020-ci illər üzrə Çoxillik Fəaliyyət Proqramı çərçivəsində Dünya Bankı tərəfindən həyata keçirilən “Daha güclü idarəet
Biznes
24 İyul , 2023 12:45
Azərbaycan Dünya Bankı ilə “Daha güclü idarəetmə” texniki yardım layihəsini müzakirə edib 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Dünya Bankı arasında Avropa İttifaqının (Aİ) 2019-2020-ci illər üzrə Çoxillik Fəaliyyət Proqramı çərçivəsində Dünya Bankının həyata keçirdiyi “Daha güclü idarəetmə” (İnstitutların Gücləndirilməsi və Yaxşı Dövlət İdarəçiliyi) texniki yardım layihəsi müzakirə edilib.

Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, qurumda tərəflər arasında keçirilmiş görüşdə Dünya Bankının nümayəndələrinə dövlət satınalmaları sahəsində atılan addımlar barədə məlumat verilib, Dövlət Xidmətinin gözləntiləri çatdırılıb. Tərəflər, həmçinin layihə çərçivəsində uğurlu əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparıb.

“Daha güclü idarəetmə” (İnstitutların Gücləndirilməsi və Yaxşı Dövlət İdarəçiliyi) layihəsinin məqsədi Hökumətə dövlət idarəçiliyinin dürüstlüyünü və hesabatlılığını artırmağa, rəqəmsal həllər və strateji satınalmaların və e-GP-nin ((The Electronic Government Procurement – Elektron Dövlət Satınalamaları) effektiv tətbiqi yolu ilə dövlət satınalmalarının izlənilirliyini, şəffaflığını, səmərəliliyini və dəyərini gücləndirməyə kömək etməkdir. Layihə çərçivəsində AİBNDX, bu sahədə aidiyyəti dövlət qurumları və dövlət satınalmalarının iştirakçıları ilə məsləhətləşmələr, fikir mübadiləsi və mövcud vəziyyətin öyrənilməsi üçün missiya fəaliyyətə başlayıb.

Layihənin yekununda Azərbaycan üçün ölkə səviyyəsində strateji satınalmalar üzrə analitik hesabat, həmçinin Elektron Dövlət Satınalmalarının hazırlığının qiymətləndirilməsi və icrasına dair yol xəritəsi üzrə analitik hesabatın hazırlanması planlaşdırılır.

Aİ-nın 2019-2020-ci illər üzrə Çoxillik Fəaliyyət Proqramı çərçivəsində Dünya Bankı tərəfindən “Azərbaycan üçün çevik texniki yardım aləti” (AZTAF) icra olunur. Aİ ilə tərəfdaşlıq prioritetlərinə uyğun olaraq, sözügedən alət çərçivəsində dörd istiqamət - “daha güclü idarəetmə”, “daha güclü iqtisadiyyat”, “daha güclü əlaqəlilik və dayanıqlılıq” və “daha güclü cəmiyyət” üzrə aidiyyəti dövlət qurumları ilə bir sıra texniki yardım layihələri icra edilir.

Son xəbərlər

Orphus sistemi