Azərbaycan Dominikadan avokado tədarük etməyə başlayıb

Biznes
  • 12 fevral, 2024
  • 09:42
Azərbaycan Dominikadan avokado tədarük etməyə başlayıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 407 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Hesabat dövründə Azərbaycan Keniyadan 354 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 96 % çoxdur) 114 ton (+90 %), Perudan 284 min ABŞ dolları dəyərində (+2 dəfə) 80,6 ton (+72 %), Cənubi Afrikadan 131,5 min ABŞ dolları dəyərində (+7,2 %) 42,4 ton (+2,4 %), Türkiyədən 202 min ABŞ dolları dəyərində (-15 %) 134,6 ton (-15 %), Lüksemburqdan 52 min ABŞ dolları dəyərində (-37%) 6,72 ton (-42 %) avokado alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Dominikadan (7,6 min ABŞ dolları dəyərində 1,51 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 392 ton avokadonun 51 %-i Türkiyənin, 15,4 %-i Keniyanın, 12 %-i Perunun payına düşüb.

44 - Tezliklə