Azərbaycan Danimarkadan siqar idxalını bərpa edib

Biznes
  • 14 fevral, 2025
  • 11:44
Azərbaycan Danimarkadan siqar idxalını bərpa edib

2024-cü ildə Azərbaycan 829 min ABŞ dolları dəyərində 1,5 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 66 % çoxdur, kəmiyyət olaraq – 22 % azdır.

Hesabat dövründə Azərbaycan Kubadan 526,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 58 % çoxdur) 0,04 milyon ədəd (+33 %), Nikaraquadan 139,3 min ABŞ dolları dəyərində (+5 dəfə) 0,03 milyon ədəd (+3 dəfə), Dominikan Respublikasından 65 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,03 milyon ədəd (-40 %), Almaniyadan 37,2 min ABŞ dolları dəyərində (-50 %) 1,4 milyon ədəd (-20 dəfə), Hondurasdan 35 min ABŞ dolları dəyərində (+9 dəfə) 0,01 milyon ədəd (dəyişməyib) siqar alıb.

Azərbaycan 4 il 3 aylıq fasilənin ardından Danimarkadan tədarükü (15,9 min ABŞ dolları dəyərində 0,01 ton) bərpa edib.

44 - Tezliklə