Azərbaycan daha iki ölkədən rels tədarük etməyə başlayıb
- 23 yanvar, 2025
- 07:29
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 14,7 milyon ABŞ dolları dəyərində 12 372 ton rels (qara metallardan hazırlanmış) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 15 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 9,55 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 8 194 ton (+98 %), Rusiyadan 5 milyon ABŞ dolları dəyərində (+12 dəfə) 4 041 ton (+11 dəfə), Türkiyədən 154,9 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 134,7 ton (+6 dəfə), Avstraliyadan 3 min ABŞ dolları dəyərində 1,75 ton, Cənubi Koreyadan 2,9 min ABŞ dolları dəyərində 0,01 ton rels alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliyadan və Cənubi Koreyadan tədarük həyata keçirilib.