Azərbaycan daha iki ölkədən düyü almağa başlayıb
- 02 iyun, 2023
- 05:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 19,3 milyon ABŞ dolları dəyərində 22 min ton düyü idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47,2 %, kəmiyyət olaraq – 37 % çoxdur.
Hesabat dövründə Azərbaycan Hindistandan 17,713 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 66 % çoxdur) 19 min 972 ton (+71 %), Çindən 553 min ABŞ dolları dəyərində (+2514 dəfə) 663,2 ton (+8288 dəfə), Pakistandan 379 min ABŞ dolları dəyərində (+39 %) 518,5 ton (+64 %), Tailanddan 293,43 min ABŞ dolları dəyərində (+75 %) 402 ton (+81 %), Qazaxıstandan 271 min ABŞ dolları dəyərində (-55 %) 358 ton (-70 %) düyü gətirib.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Paraqvaydan (5,5 min ABŞ dolları dəyərində 7 ton) və Sinqapurdan (0,06 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.
2022-ci il ərzində Azərbaycana idxal edilən (22 ölkədən) 50 min 236 ton düyünün 74,8 %-i Hindistanın payına düşüb.