Azərbaycan daha bir ölkədən kahı almağa başlayıb

Biznes
  • 09 avqust, 2025
  • 14:00
Azərbaycan daha bir ölkədən kahı almağa başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 445 min ABŞ dolları dəyərində 624,2 ton kahı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 441 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % çoxdur) 223,79 ton (+31 %), İspaniyadan 3,39 min ABŞ dolları dəyərində 0,36 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 0,31 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb), Niderlanddan 0,14 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 0,08 min ABŞ dolları dəyərində 0,01 ton kahı alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-dən tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti