Azərbaycan daha bir ölkədən darçın tədarük etməyə başlayıb
- 03 fevral, 2023
- 13:36
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 347,8 min ABŞ dolları dəyərində 104,25 ton darçın idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 86 %, kəmiyyət olaraq 2,2 dəfə çoxdur.
Hesabat dövründə Vyetnamdan 110,53 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,8 dəfə çoxdur) 30,18 ton (+4,8 dəfə), İrandan 101,3 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 43,14 ton (+3,5 dəfə), Çindən 44,69 min ABŞ dolları dəyərində (-10 %) 14,86 ton (-8,8 %), Hindistandan 30 min ABŞ dolları dəyərində (+40 %) 10 ton (+43 %), Türkiyədən 25,42 min ABŞ dolları dəyərində (-34 %) 2,1 ton (-44,4 %) məhsul alınıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyadan tədarük həyata keçirilib. Həmin ölkədən 0,62 min ABŞ dolları dəyərində 0,02 ton darçın gətirilib.