Azərbaycan daha bir ölkədən balıq konservi almağa başlayıb
- 06 fevral, 2025
- 10:31
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 14,7 milyon ABŞ dolları dəyərində 5 min 331 ton hazır və ya konservləşdirilmiş balıq idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 18 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 7,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 79 % çoxdur) 3 051 ton (+66 %), Çindən 2,4 milyon ABŞ dolları dəyərində (-34 %) 1 042 ton (-26 %), Türkiyədən 2,1 milyon ABŞ dolları dəyərində (-2 %) 268 ton (-4 %), Latviyadan 1,3 milyon ABŞ dolları dəyərində (-14 %) 383 ton (-19 %), Belarusdan 811 min ABŞ dolları dəyərində (+39 %) 247 ton (+37 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kolumbiyadan tədarük (0,4 min ABŞ dolları dəyərində 0,04 ton) həyata keçirilib.