Azərbaycan Çindən hibrid avtomobillərin alışını kəskin artırıb
- 06 aprel, 2024
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 40,2 milyon ABŞ dolları dəyərində 1 min 235 ədəd hibrid avtomobili (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 91 %, kəmiyyət olaraq – 32 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 11,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,6 dəfə çoxdur) 394 ədəd (+5 dəfə), Yaponiyadan 6,9 milyon ABŞ dolları dəyərində (+47 %) 339 ədəd (-35 %), Amerika Birləşmiş Ştatlarından 6,45 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 158 ədəd (+60 %), Almaniyadan 6,1 milyon ABŞ dolları dəyərində (-25 %) 102 ədəd (-22 %), Cənubi Afrikadan 4,1 milyon ABŞ dolları dəyərində 72 ədəd (bir il əvvəl tədarük olmayıb) hibrid avtomobili alıb.
2023-cü ildə Azərbaycana 20 ölkədən idxal edilmiş 14 min ədəd hibrid avtomobilin 48,3 %-i Yaponiyanın payına düşüb.