Azərbaycan Çindən dəftər alışını 13 dəfə artırıb
- 05 sentyabr, 2023
- 08:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 1,4 milyon ABŞ dolları dəyərində 848 ton dəftər (kağız və kartondan) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 dəfə, kəmiyyət olaraq – 4,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 607 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 dəfə çoxdur) 483,2 ton (+13,4 dəfə), Rusiyadan 588,5 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 296 ton (+2,3 dəfə), Ukraynadan 68 min ABŞ dolları dəyərində 18,6 ton (bir il əvvəl tədarük olmayıb), Belarusdan 67,61 min ABŞ dolları dəyərində (+6 800 dəfə) 39,4 ton (+3 900 dəfə), Gürcüstandan 20 min ABŞ dolları dəyərində 0,64 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
2022-ci ildə Azərbaycana (17 ölkədən) idxal edilmiş 1 min 59 ton dəftərin 79 %-i Çinin payına düşüb.