Azərbaycan Çexiyadan elektromobil alışını bərpa edib
- 12 fevral, 2025
- 08:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 114,8 milyon ABŞ dolları dəyərində 2 871 ədəd elektromobil idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,4 %, kəmiyyət olaraq – 5 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 79,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,3 % azdır) 2 228 ədəd (-1 %), Almaniyadan 15,75 milyon ABŞ dolları dəyərində (-31 %) 220 ədəd (-14 %), Amerika Birləşmiş Ştatlarından 8,75 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 311 ədəd (+2,4 dəfə), Böyük Britaniyadan 8,3 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 21 ədəd (+3,5 dəfə), Belçikadan 1 milyon ABŞ dolları dəyərində (-10 %) 15 ədəd (-12 %) elektromobil alıb.
Azərbaycan 2 ilin tamamında Çexiyadan elektromobil tədarükünü (19,2 min ABŞ dolları dəyərində 1 ədəd) bərpa edib.
2023-cü ildə Azərbaycana 14 ölkədən idxal edilmiş 3 min 102 ədəd elektromobilin 82,6 %-i Çinin payına düşüb.