Azərbaycan biznesmenləri Türkiyə və İrana səfər edəcək

Azərbaycan biznesmenləri Türkiyə və İrana səfər edəcək ASK prezidenti Məmməd Musayev deyib ki, hər iki səfər fevralda baş tutacaq
Biznes
15 Fevral , 2017 12:43
Azərbaycan biznesmenləri Türkiyə və İrana səfər edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan sahibkarları Türkiyə və İrana səfər edəcəklər. "Report" xəbər verir ki, bunu "Özəlləşdirmə sahəsində investisiyalar: yeni imkanlar və çağırışlar" mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasnın (ASK) prezidenti Məmməd Musayev deyib.

M.Musayevin sözlərinə görə, hər iki səfər fevralda baş tutacaq.

"Sahibkarlarımız fevralın 17-də Türkiyədə, fevralın 22-24-də isə İranda bir sıra görüşlər keçirəcəklər. Bütün görüşlərdə Azərbaycanda yaradılan əlverişli investisiya mühitini təbliğ edəcəyik", - deyə ASK başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi