Azərbaycan Türkiyə ilə rəqabət sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan Türkiyə ilə rəqabət sahəsində əməkdaşlığı genişləndirmək istəyir Azərbaycan Türkiyə ilə rəqabət sahəsində əməkdaşlığı genişləndirməyi hədəfləyir.
Biznes
23 May , 2024 11:42
Azərbaycan Türkiyə ilə rəqabət sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan Türkiyə ilə rəqabət sahəsində əməkdaşlığı genişləndirməyi hədəfləyir.

"Report " xəbər verir ki, bunu Türkiyənin Rəqabət Qurumunun rəhbəri Birol Küle Bakıda keçirilən VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı deyib.

B. Küle bildirib ki, Azərbaycanda tətbiq edilən rəqabətlə bağlı məlumatlar əldə edib: "Ölkədə rəqabətin təmin edilməsi məqsədilə uğurlu işlər, layihələr icra edilir. Bu ikitərəfli əməkdaşlıq istiqamətində işlərimizi davam etdirərək iki ölkənin rəqabət hüququnun bütün bazarlarda təsis edərək, davamlılığın inkişafı üçün ortaq zəmin yaradacağıq".

Qeyd edək ki, Azərbyacanda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş və "Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi" mövzusunda təşkil olunan builki konfrans mayın 26-dək davam edəcək.

Konfrans çərçivəsində panel müzakirələrdə yerli və xarici dövlət və özəl sektor qurumlarının rəhbər şəxsləri ilə yanaşı, beynəlxalq təşkilatlar və xarici universitetlərinin mütəxəssisləri olan, ümumilikdə 28 spiker iştirak edəcək ki, onlardan 17-si xarici ölkələrin təmsilçiləridir. "Bərpa olunan enerji mənbələrindən istifadə və iqlim dəyişikliyi fonunda Azərbaycan universitetlərində "yaşıl" və dayanıqlı qlobal iqtisadi irəliləyişlər", "Gələcəyi istiqamətləndirmək: Dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər", "Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: Əsas istiqamətlər və çətinliklər", "Yaşıl iqtisadiyyata və exnologiyalara keçiddə özəl təşəbbüslərin rolu" və "Türk Dünyasında "yaşıl" və dairəvi iqtisadiyyat: keçid üçün yol xəritəsi" kimi mövzularda maraqlı müzakirələr bu sahədə ölkəmizdə aparılan tədqiqatlara yol göstərməklə yanaşı, sahənin inkişafına öz töhfəsini verəcəkdir.

Son xəbərlər

Orphus sistemi