Azərbaycan Andorra və Livandan plastik qablar tədarük etməyə başlayıb

Biznes
  • 22 mart, 2024
  • 12:24
Azərbaycan Andorra və Livandan plastik qablar tədarük etməyə başlayıb

2023-cü ildə Azərbaycan 5,6 milyon ABŞ dolları dəyərində 1 min 809 ton plastik qab (yemək və mətbəx qabı) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 12 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 2,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 784 ton (+10 %), Çindən 1,5 milyon ABŞ dolları dəyərində (+19 %) 472 ton (+29 %), İrandan 992 min ABŞ dolları dəyərində (+1 %) 489 ton (-3 %), İndoneziyadan 77,24 min ABŞ dolları dəyərində (+64 %) 1,2 ton(+52 %), İtaliyadan 73 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 4,61 ton (+2,2 dəfə) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Andorradan (0,17 min ABŞ dolları dəyərində 0,01 ton) və Livandan (0,81 min ABŞ dolları dəyərində 0,04 ton) tədarük həyata keçirilib.