Azərbaycan 3 ölkədən lift tədarükünü bərpa edib
- 30 mart, 2024
- 06:32
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 23,2 milyon ABŞ dolları dəyərində 1 min 342 ədəd lift və skipli yük qaldırıcı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 4,3 % çoxdur, kəmiyyət olaraq – 2,5 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 18,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çoxdur) 989 ədəd (+24 %), Türkiyədən 2,5 milyon ABŞ dolları dəyərində (-35 %) 229 ədəd (-48 %), Tailanddan 750 min ABŞ dolları dəyərində (-47 %) 17 ədəd (-53 %), Slovakiyadan 708 min ABŞ dolları dəyərində (-36 %) 25 ədəd (-20 %), Cənubi Koreyadan 362 min ABŞ dolları dəyərində (-20 %) 11 ədəd (-35 %) məhsul alıb.
Azərbaycan 4 il 8 ayın tamamında Yaponiyadan (33,2 min ABŞ dolları dəyərində 2 ədəd), 3 il 3 aylıq fasilənin ardından Bolqarıstandan (37 min ABŞ dolları dəyərində 8 ədəd) və 1 il 9 aydan sonra Avstriyadan (88,1 min ABŞ dolları dəyərində 4 ədəd) tədarükü bərpa edib.