Azərbaycan 3 ölkədən kokos yağı alışını bərpa edib
- 14 dekabr, 2024
- 08:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 969 min ABŞ dolları dəyərində 605 ton kokos yağı idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 % azdır, kəmiyyət olaraq – 16 % çoxdur.
Hesabat dövründə Azərbaycan Malayziyadan 455 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 281 ton (+11,5 %), İndoneziyadan 365 min ABŞ dolları dəyərində (+31 %) 245 ton (+40 %), Rusiyadan 140 min ABŞ dolları dəyərində (-37 %) 77 ton (-17 %), İtaliyadan 2,78 min ABŞ dolları dəyərində 0,14 ton, Türkiyədən 1,84 min ABŞ dolları dəyərində (+43 %) 0,13 ton (+8 %) kokos yağı alıb.
Azərbaycan 4 il 5 aylıq fasilənin ardından Çindən (0,01 min ABŞ dolları dəyərində 0,01 ton), 3 il 3 aylıq aradan sonra Birləşmiş Ərəb Əmirliklərindən (0,04 min ABŞ dolları dəyərində 0,02 ton) və 1 il 1 aydan sonra İtaliyadan tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 541 ton kokos yağının 49,9 %-i Malayziyanın, 32,3 %-i İndoneziyanın payına düşüb.