Azərbaycan 3 ölkədən günəş eynəklərinin idxalını bərpa edib

Biznes
  • 23 mart, 2024
  • 08:13
Azərbaycan 3 ölkədən günəş eynəklərinin idxalını bərpa edib

2023-cü ildə 3,3 milyon ABŞ dolları dəyərində 1 milyon 405 min 127 ədəd günəş eynəyi idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-cü ilin göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə çoxdur) 1 milyon 375 min 516 ədəd (+2 dəfə), İtaliyadan 1,14 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 12 min 743 ədəd (+2,3 dəfə), Yaponiyadan 140 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 559 ədəd (+2,4 dəfə), Türkiyədən 53 min ABŞ dolları dəyərində (-27 %) 12 min 149 ədəd (-22 %), Fransadan 36,44 min ABŞ dolları dəyərində (+16 %) 74 ədəd (-11 %) məhsul alıb.

Azərbaycan 10 ilin tamamında Malayziyadan (0,68 min ABŞ dollar dəyərində 48 ədəd), 8 il 2 aylıq fasilənin ardından Gürcüstandan (7,36 min ABŞ dollar dəyərində 41 ədəd) və 2 il 8 aylıq aradan sonra Cənubi Koreyadan (0,77 min ABŞ dollar dəyərində 27 ədəd) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana 18 ölkədən idxal edilmiş 701 min 791 ədəd günəş eynəyinin 96,3 %-i Çinin payına düşüb.

44 filmi