Avstriyadan Azərbaycana əhəng tədarükü bərpa edilib

Biznes
  • 06 sentyabr, 2022
  • 11:25
Avstriyadan Azərbaycana əhəng tədarükü bərpa edilib

Bu ilin I yarısında Azərbaycana xaricdən 20 min ABŞ dolları dəyərində 72,2 ton əhəng (sönmüş və hidravlik) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 33,3 % azdır, kəmiyyət olaraq – 18,4 % çoxdur.

Türkiyədən 15,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 35,3 % azalıb) 53,35 ton (+5,9 %), İrandan 2,1 min ABŞ dolları dəyərində 18 ton (bir il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 1,8 min ABŞ dolları dəyərində (-14,6 %) 0,6 ton (-1,7 %) və Avstriyadan 0,3 min ABŞ dolları dəyərində 0,3 ton məhsul alınıb.

Üç il 9 aylıq aradan sonra Avstriyadan tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycan xaricə (bir il əvvəl də olduğu kimi ancaq Gürcüstana) 676,7 min ABŞ dolları dəyərində 10 min 036 ton əhəng (sönməmiş, sönmüş və hidravlik) satıb ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 22,5 dəfə və 24,5 dəfə çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti