Audit şirkəti: "Report.az", "Oxu.az" və "Baku TV" ilə əməkdaşlıq bizi qürurlandırdı"

Audit şirkəti: "Report.az", "Oxu.az" və "Baku TV" ilə əməkdaşlıq bizi qürurlandırdı" "Report.az", "Oxu.az" və "Baku TV" şirkətləri ilə əməkdaşlıq bizi qürurlandırdı". "Report" xəbər verir ki, bunu "Tür Austria" audit şirkətinin direktoru Ülkər Quliyeva "Global Media Group"un şirkətlərinə İSO sertifikatlarının təqdim olunması mərasimind
Biznes
27 Dekabr , 2022 11:20
Audit şirkəti: Report.az, Oxu.az və Baku TV ilə əməkdaşlıq bizi qürurlandırdı

"Report.az", "Oxu.az" və "Baku TV" şirkətləri ilə əməkdaşlıq bizi qürurlandırdı".

"Report" xəbər verir ki, bunu "TÜV Austria" audit şirkətinin direktoru Ülkər Quliyeva "Global Media Group"un şirkətlərinə İSO sertifikatlarının təqdim olunması mərasimində deyib.

"Azərbaycanda 5 ildir fəaliyyət göstəririk. Amma ümumilikdə holdinqin 150 yaşı var. Bizim müəyyən bir müştəri bazamız var. Media sahəsində isə ilk dəfə "Global Media Group"u və onların nəzdində fəaliyyət göstərən "Report.az", "Oxu.az" və "Baku TV" şirkətləri ilə işlədik. İlk dəfə idi media şirkətləri ilə İSO sistemləri ilə bağlı əməkdaşlıq edir və audit aparırdıq.

Amma media şirkətlərində olan həvəs bizi qürurlandırdı. Çünki İSO sistemləri bir çox şirkətdə tətbiq olunur. Amma bu komandanın həvəsli olması bizim üçün də çox maraqlı idi", - Ü.Quliyeva bildirib.

Son xəbərlər

Orphus sistemi