ATİB "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda müzakirələr keçirib

ATİB "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda müzakirələr keçirib Bu gün Azərbaycan-Türkiyə İş adamları Birliyi (ATİB) "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda müzakirələr keçirib.
Biznes
20 Avqust , 2024 16:57
ATİB Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları mövzusunda müzakirələr keçirib

Bu gün Azərbaycan-Türkiyə İş adamları Birliyi (ATİB) "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda müzakirələr keçirib.

"Report" xəbər verir ki, tədbir bu ilin noyabrında Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “yaşıl” hədəflərin təşviqinə həsr olunub.

Müzakirələrdə çıxış edən ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov iqlim dəyişmələri və onların fəsadlarının son illər bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən problemlərdən olduğunu vurğulayaraq problemin həllində aparıcı rolun məhz biznes sektorunun üzərinə düşdüyünü qeyd edib.

Qlobal istiləşmələrin hər il dünyanın bir çox bölgəsində müxtəlif təbii fəlakətlərə, o cümlədən yanğınlara səbəb olduğunu qeyd edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə bu fəlakətlərin Türkiyədən də yan keçmədiyindən, son illərdə ölkənin bir neçə bölgəsində genişmiqyaslı meşə yanğınlarının baş verdiyindən bəhs edib, iqlim dəyişmələrinin fəsadları ilə mübarizənin əhəmiyyətini vurğulayıb.

ATİB İdarə heyəti sədrinin müavini Rəna Məmmədova isə çıxışında rəhbərlik etdiyi şirkətin enerji istehlakının və tullantıların azaldılması, ekoloji tarazlığı pozmayan istehsal proseslərinin tətbiqi və s. sahələrdə fəaliyyətindən danışıb.

Sonda ATİB-ə yeni qoşulmuş üzvlərə Üzvlük plaketləri təqdim edilib və onların fəaliyyətləri haqqında təqdimatları dinlənilib.

Son xəbərlər

Orphus sistemi