ASK: "Son 20 ildə xarici ticarət tərəfdaşlarımızın sayı 200-ə çatıb"

ASK: "Son 20 ildə xarici ticarət tərəfdaşlarımızın sayı 200-ə çatıb" Son 20 ildə Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 200-ə çatıb.
Biznes
12 Yanvar , 2024 11:56
ASK: Son 20 ildə xarici ticarət tərəfdaşlarımızın sayı 200-ə çatıb

Son 20 ildə Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 200-ə çatıb.

"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dövlət-Sahibkar Tərəfdaşlığı:Dayanıqlı İqtisadiyyatın Əsası" mövzusunda tədbirdə bildirib.

O qeyd edib ki, ölkədə qeyri-neft-qaz ixracı sahəsində coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin şaxələnməsi üzrə uğurlu nəticələr əldə olunub: "Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və "Made in Azerbaijan" brendinin xaricdə tanıdılmasına dəstək və sair tədbirlər də ixracın artımını stimullaşdırır. Hazırda xarici ölkələrdə Azərbaycan məhsullarının təqdim olunduğu 11 ticarət evinin, 4 şərab evinin və 4 ticarət evinin bölmələri fəaliyyət göstərir. Azərbaycanda azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ötən dövr ərzində ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar. Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 759 mindən çoxdur".

Son xəbərlər

Orphus sistemi