"AmCham Azərbaycan"ın rəhbərliyi yenilənib

"AmCham Azərbaycan"ın rəhbərliyi yenilənib "AmCham Azərbaycan"ın Direktorlar Şurası yenidən formalaşdırılıb
Biznes
27 İyun , 2024 17:50
AmCham Azərbaycanın rəhbərliyi yenilənib

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") Direktorlar Şurası yenidən formalaşdırılıb.

"Report" xəbər verir ki, "AmCham Azərbaycan" 2024-2026 dövr üçün ümumi yığıncağında Direktorlar Şurasının yeni üzvləri və prezidenti seçilib.

Direktorlar Şurasındakı mövcud 10 vakant yer uğrunda özəl sektorun 13 nümayəndəsi mübarizə aparıb.

Anonim səsvermə prosesində “AmCham Azərbaycan”ın daimi üzvlərinin səlahiyyətli nümayəndələri iştirak ediblər. Səslərin hesablanması zamanı “AmCham Azərbaycan”ın səlahiyyət müddəti bitmiş eks-prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu vida nitqi ilə çıxış edərək öz fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər və təşəbbüsləri haqqında geniş təqdimat edib.

Vakant yerlər doldurulduqdan sonra, yeni prezident seçilib. Səsvermə nəticəsində bu vəzifəyə “Paşa Holding”in aparat rəhbəri Dəyanət Sədullayev yekdilliklə təyin olunub. "AmCham"ın icraçı direktoru Gülnarə Aslanbəyli yeni təyin olunmuş prezidentə və İdarə Heyətinin üzvlərinə ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. Palata 1996-cı ildən ölkədə fəaliyyət göstərir və hazırda ölkədəki xarici investisiyaların 80%-dən çoxunu təmsil edən 260 üzv şirkəti özündə birləşdirir. “AmCham Azərbaycan” hökumətlə özəl sektor arasında körpü rolunu oynayır və müvafiq dövlət qurumları ilə davamlı konstruktiv və nəticəyönümlü dialoq aparır. Ölkənin ən böyük və ən nüfuzlu təşkilatlarından biri olan “AmCham Azərbaycan” palata üzvlərinin biznes maraqlarını təşviq edir və Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına töhfə verir.

Son xəbərlər

Orphus sistemi