AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edir

AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları ölkəmizin şəhər və rayonlarında uşaqlar üçün Novruz bayramı münasibətilə tədbirlər təşkil edir, azyaşlıları hədiyyələrlə sevindirir.
Biznes
19 mart 2025 10:41
AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları ölkəmizin şəhər və rayonlarında uşaqlar üçün Novruz bayramı münasibətilə tədbirlər təşkil edir, azyaşlıları hədiyyələrlə sevindirir.

Tədbirlər baharın gəlişini öz yurdlarında qarşılayan Şərqi Zəngəzur və Qarabağın azyaşlı sakinlərini də əhatə edib. Belə ki, Zəngilan, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Xankəndi və Xocalıda təşkil olunan bayram tədbirlərində AHİK rəsmiləri məktəbliləri təbrik edib, onların doğma yurd-yuvalarında bayram keçirmələrinin qürurlu olduğunu vurğulayıblar. Tədbirdə uşaqların inkişafı, hüquqlarının qorunması sahəsində görülən işlərdən, bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyətindən bəhs olunub, onların əsl vətənpərvər kimi formalaşması üçün görülən işlər diqqətə çatdırılıb.

Novruz şənliklərində uşaqlar bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, tonqal ətrafında yallı gedib, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər.

Tədbirlərdə AHİK uşaqlara bayram hədiyyələri paylayıb.

Konfederasiyanın həyata keçirdiyi bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.

Son xəbərlər

Orphus sistemi