Agentlik: Mişardaşının pərakəndə satış qiyməti 10-15 % artıb

Agentlik: Mişardaşının pərakəndə satış qiyməti 10-15 % artıb Azərbaycanda mişar daşının pərakəndə satış qiyməti 10-15 % artıb.
Biznes
24 İyul , 2024 15:52
Agentlik: Mişardaşının pərakəndə satış qiyməti 10-15 % artıb
Samir İdayətov

Azərbaycanda mişardaşının pərakəndə satış qiyməti 10-15 % artıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov bildirib.

"Mişar daşının bahalaşması barədə yayılmış xəbər doğrudur, ancaq burada müəyyən təfsilata ehtiyac var. Çünki mişardaşının qiymətinin artmasına bir yox, bir neçə amil təsir edir. Əvvəla, hər yay mövsümündə tikinti materialları bazarında bu və yaxud buna bənzər hallar gündəmə gəlir. Bundan başqa, yük avtomobillərinin tutumuna texniki nəzarətin gücləndirilməsi, yanacaq qiymətləri, sərbəst ticarət amili mişar daşı qiymətlərinə təsir edə bilər", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi