ABB-dən “Aqrarkredit”ə ötürülmüş ayaqqabı fabrikinə 11,5 mln. manat qiymət qoyulub

ABB-dən “Aqrarkredit”ə ötürülmüş ayaqqabı fabrikinə 11,5 mln. manat qiymət qoyulub Vergilər Nazirliyi “Bakı Ayaqqabı” MMC-nin dövlət qeydiyyatına alıb
Biznes
911
25 Oktyabr , 2017 09:39
ABB-dən “Aqrarkredit”ə ötürülmüş ayaqqabı fabrikinə 11,5 mln. manat qiymət qoyulub

Bakı. 25 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi “Bakı Ayaqqabı” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 53, nizamnamə kapitalı 11,5 mln. manat, qanuni təmsilçisi isə Həsənəli Şahverdiyevdir.

Onun fəaliyyətinə Bəhruz Camalov, Malik Nəsirov və Cahangir Kərimovun daxil olduğu Müşahidə Şurası nəzarət edir.

Şirkətin yaradılmasında məqsəd “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borc müqabilində girov qoyulmuş və ayaqqabı istehsalı ilə məşğul olan “BOT” əmlak kompleksini idarə etməkdir. Müəssisə hazırda ABB-nin problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) balansındadır.

Son xəbərlər

Orphus sistemi