Çeçenistan vətəndaşı Sumqayıtda qətlə yetirilib

Çeçenistan vətəndaşı Sumqayıtda qətlə yetirilib Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Reportun Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Hadisə
13 Avqust , 2019 22:08
Çeçenistan vətəndaşı Sumqayıtda qətlə yetirilib

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. "Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Bislan Bakayev iş yoldaşları ilə qəsəbədə yeyib içdikdən sonra münaqişə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qətlə yetirilib.

B. Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq zərbəsi alıb. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. 

Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi