Bakı-Quba yolunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt şəhəri ərazisində "VAZ-2107" markalı minik avtomobili ilə"MAN" markalı yük maşınının toqquşması ilə baş verən qəza zamanı minik maşınında olan bir ailənin üç üzvü - 1988-ci təvəllüdlü Allahverdiyev Taleh Qüdrət oğlu, həyat yoldaşı Allahverdiyeva Nazilə və anası 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
*** 08:32
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə magistral yolun Sumqayıt şəhərinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili, qarşıda gedən "MAN" markalı yük maşınına arxadan çırpılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasınıən həkimləri cəlb olunub.
Qəza nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.