Bakı-Quba yolunda baş verən yol qəzasında ölənlərin adları məlum olub - YENİLƏNİB

Bakı-Quba yolunda baş verən yol qəzasında ölənlərin adları məlum olub - YENİLƏNİB Bakı-Quba yolunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.
Hadisə
10 Oktyabr , 2019 12:24
Bakı-Quba yolunda baş verən  yol qəzasında ölənlərin adları məlum olub - YENİLƏNİB

Bakı-Quba yolunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt şəhəri ərazisində "VAZ-2107" markalı minik avtomobili ilə"MAN" markalı yük maşınının toqquşması ilə baş verən qəza zamanı minik maşınında olan  bir ailənin üç üzvü - 1988-ci təvəllüdlü Allahverdiyev Taleh Qüdrət oğlu, həyat yoldaşı Allahverdiyeva Nazilə və anası 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

*** 08:32


Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə magistral yolun Sumqayıt şəhərinin ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı minik avtomobili, qarşıda gedən "MAN" markalı yük maşınına arxadan çırpılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasınıən həkimləri cəlb olunub.

Qəza nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.  

Son xəbərlər

Orphus sistemi