Hava limanı yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, "Buta Palace"nin yanında "BMV X5" markalı avtomobilin "VAZ-2104"ə çırpılması nəticəsində 4 nəfər yaralanıb.
Bunlar 1987-ci təvəllüdlü Nurullayev Ceyhun Təvəkkül oğlu, 1996-cı il təvəllüdlü Gözəlov Yavər Mehman oğlu, 1993-cü təvəllüdlü Əliyev Coşqun Vəli oğlu və 1994-cü il təvəllüdlü Məmmədzadə Hacı İntiqam oğlu xəsarət alıb. Yaralıların hamısı "VAZ-2104"də olanlardır. Onların vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
İlqar Abdullayev