Yuxarı

Aeroport yolunda BMV "Jiquli"yə çırpılıb, 4 nəfər yaralanıb

​Aeroport yolunda BMV "Jiquli"yə çırpılıb, 4 nəfər yaralanıb
© Report

Hava limanı yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, "Buta Palace"nin yanında "BMV X5" markalı avtomobilin "VAZ-2104"ə çırpılması nəticəsində 4 nəfər yaralanıb.

Bunlar 1987-ci təvəllüdlü Nurullayev Ceyhun Təvəkkül oğlu, 1996-cı il təvəllüdlü Gözəlov Yavər Mehman oğlu, 1993-cü təvəllüdlü Əliyev Coşqun Vəli oğlu və 1994-cü il təvəllüdlü Məmmədzadə Hacı İntiqam oğlu xəsarət alıb. Yaralıların hamısı "VAZ-2104"də olanlardır. Onların vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İlqar Abdullayev

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi