Azərbaycan bu il Gürcüstan iqtisadiyyatına 30 mln. dollara yaxın investisiya qoyub

Azərbaycan bu il Gürcüstan iqtisadiyyatına 30 mln. dollara yaxın investisiya qoyub Bu ilin birinci yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 29,1 mln. dollar həcmində investisiya qoyub.
Digər ölkələr
9 Sentyabr , 2019 11:23
Azərbaycan bu il Gürcüstan iqtisadiyyatına 30 mln. dollara yaxın investisiya qoyub

Bu ilin birinci yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 29,1 mln. dollar həcmində investisiya qoyub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 110,4 mln. dollar və ya 79,1% azalıb.

2019-cu ilin I rübündə Azərbaycanın Gürcüstana qoyduğu sərmayələrin həcmi 13,3 mln. dollar, II rübündə isə 15,8 mln. dollar təşkil edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin dördüncü ən böyük investoru olub. İkinci rübdə Azərbaycanın Gürcüstana yönəldilən birbaşa xarici investisiyaların ümumi həcmində payı 8,4% təşkil edib.

Aprel-iyun aylarında Gürcüstana, ümumilikdə, 187 mln. dollar həcmində sərmayə yatırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,7% azdır.

Gürcüstana ikinci rübdə ən çox investisiya qoyan ölkələrin ilk üçlüyünə Niderland, Türkiyə və ABŞ daxil olub.

Bu ilin birinci yarısında qonşu ölkədə ən çox sərmayə energetika (112,3 mln. dollar), istehsal (57,7 mln. dollar), hotel və restoranlar (86,7 mln. dollar), nəqliyyat (54,8 mln. dollar) və daşınmaz əmlak (102,3 mln. dollar) sahələrinə yönəldilib.

Son xəbərlər

Orphus sistemi