Yuxarı

​Zabit Səmədov I Avropa Oyunlarının məşəlini daşıyıb

Məşəl sonda Qız Qalasında qalıb

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycanın peşəkar döyüş ustası Zabit Səmədov "Bakı 2015" I Avropa Oyunlarının Atəşgah məbədində alovlandırılan məşəlini daşıyıb. "Report"un məlumatına görə, məşhur K-1 döyüşçüsü Bakının Bayraq Meydanından Qız Qalasınadək olan məsafədəki estafetdə iştirak edib. O məşəli gənclər arasında sərbəst güləş üzrə Avropa çempionu Murad Bazarovdan təhvil alaraq dünya şöhrətli xanəndə Alim Qasımova təhvil verib.

Aprelin 26-dan Azərbaycanın bütün bölgələrinə səyahət edən məşəl bu gün Bakıya gətirilib və iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi üçün Milli Stadiona aparılacaq.

Qeyd edək ki, "Mauqli" ləqəbli Zabit Səmədov peşəkar rinqdə 9 ardıcıl qələbə ilə bütün dünyaya məhşurlaşıb. Onun böyük qələbələri sırasında Tokioda yaponiyalı qara kəmər ustası, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısı Makoto Uehara, Türkiyədə yerli idmançı Mert Akın üzərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Global Fighting Championship 3" turnirində Stiv Makkinnonu, ardından Konqo-Almaniya əsilli Danyo İlunqanı məğlub edərək qalibi olmuş super turniri göstərmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi