Yuxarı

Xetaq Qazyumov: Prezident İlham Əliyevin final görüşümü canlı izləməsi məni qürurlandırdı

Yeni uğurlara imza atmaq üçün aktiv məşgləri davam etdirəcəyəm

Bakı. 17 iyun. REPORT.AZ/ "Mən çox şadam ki, "Bakı 2015" I Avropa Oyunlarında qalib gəldim". Xüsusi ilə sevindiricidir ki, qələbəyə prezident İlham Əliyevin gözü qarşısında nail oldum.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın aktivinə 10-cü qızıl medalı qazandıran sərbəst güləşçimiz Xetaq Qazyumov deyib.

Avropa Oyunlarının sərbəst güləş yarışlarında Azərbaycanı 97 kq çəkidə təmsil edən Xetaq Qazyumov Heydər Əliyev adına İdman Sarayında keçirilən final qarşılaşmasında Gürcüstan təmsilçisi Elizbar Odikadzeyə qalib gəlib.

Qazyumov, Azərbaycan bayrağını dövlət başçısının və çoxsaylı izləyicilərin qarşında qaldırdığına görə sevindiyini də qeyd edib: "Yeni uğurlara imza atmaq üçün aktiv məşgləri davam etdirəcəyəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi