Valideynləri erməni cüdoçuları Bakıya gəlməyə qoymayıb

Valideynləri erməni cüdoçuları Bakıya gəlməyə qoymayıb Tiqran Babayan: "Bu, siyasət yox, idmandır"
Avropa Oyunları
15 May , 2015 13:07
Valideynləri erməni cüdoçuları Bakıya gəlməyə qoymayıb

Bakı. 15 may. REPORT.AZ/ Ermənistanın 2 cüdoçusu "Bakı 2015" I Avropa Oyunlarına buraxılmayıb. "Report"un məlumatına görə, bu barədə "news.am"a yığmanın baş məşqçisi Tiqran Babayan açıqlama verib.

T.Babayan bildirib ki, Arsen Kazaryan və Andranik Çaparyanın Bakıya gəlişinə şəxsi məşqçiləri və valideynləri etiraz edib. Bu səbəbdən, Oyunlara cəmi 3 cüdoçu - Ohanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq) və Janna Stankeviç (52 kq) qatılacaq. Baş məşqçi və federasiyanın vitse-prezidenti də Bakıya gələcək.

Ermənistan yığmasının yaxşı formada olduğunu deyən mütəxəssis daim təlim-məşq toplanışları və beynəlxalq yarışlarda iştirak etdiklərini vurğulayıb. O, hazırda Türkiyənin Antalya bölgəsində, iyunun 5-dən isə Belarusun paytaxtı Minskdə hazırlaşacaqlarını söyləyib: "Medal uğrunda mübarizə aparacağıq. Bizim üçün Bakıdakı Avropa Oyunları sıravi qitə çempionatı kimi adi bir yarışdır. Bu, siyasət yox, idmandır. Düzdür, gərginlik var, amma buna fikir verməməyə çalışacağıq. Oyunlarla çempionatın vaxtı üst-üstə düşməsəydi, geniş heyətlə qatılmayacaqdıq. Ermənistanın "Bakı 2015"də iştirak edəcəyinə hələ də əmin deyiləm". 

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında cüdo yarışları 25 - 28 iyunda keçiriləcək və Avropa çempionatı statusu daşıyacaq. 

Son xəbərlər

Orphus sistemi