Bakı. 24 iyun. REPORT.AZ/ "Döyüş bir az ağır keçdi. Rəqib zəif deyildi, çox güclü idi. Ancaq mən ondan güclü oldum və qələbə qazandım".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "
"Bakı 2015" I Avropa Oyunlarında boks yarışının 81 kq çəkidə iştirak edən T.Məmmədov qələbə qazanmaq istəyindən söz açıb:
"Hansı raundda qələbə qazandığımı bilmirdim, ancaq udmaq istəyirdim. Mən qızıl medala layiqəm. Finaldakı rəqibi tanımıram, çünki onunla görüşməmişəm. Ancaq onun döyüş taktikasını görmüşəm".
Azərbaycana daha bir medal qazandıran boksçu Rusiyanın Tomsk şəhərində yaşayan əmisinə salam göndərməyi də unutmayıb:
"Mən əmimə söz vermişdim ki, finala çıxsam, ona böyük salam göndərim. Demək istəyirəm ki, Səməndər əmimi çox istəyirəm".