Bakı. 29 iyun. REPORT.AZ/ "Avropa Oyunlarının Açılış və Bağlanış mərasimləri çox gözəl oldu. Azərbaycan hər şeyi çox yüksək səviyyədə, mükəmməl təşkil etmişdi". Bunu "Report"a açıqlamasında "
81 kq çəki dərəcəsində hamıdan üstün olan T.Məmmədov uğurlarının gələcəkdə də davam edəcəyinə inandığını bildirib: "Vətəndə, doğma divarların arasında çıxış etmək çox fərqlidir. Gələn il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bundan da yaxşı nəticə göstərəcəyimizə inanıram. Amma ilk növbədə olimpiadaya lisenziyalar qazanmalıyıq. Bundan ötrü isə qısa istirahətdən sonra hazırlıqlara başlamalıyıq".
Avropa Oyunlarının Bağlanış Mərasimində bayraqdar olması barədə də danışan gənc boksçu deyib ki, Oyunların 21 qalibi arasından məhz özünün seçiləcəyini düşünməyib: "Bayraqdar olacağım barədə xəbər mənim üçün sürpriz oldu. Mən çox vətənpərvərəm, bu mənim üçün dəyərli an idi".
Sonda T.Məmmədov Avropa Oyunlarını izləyən və Azərbaycan idmançılarına dəstək olan hər kəsə minnətdarlığını bildirib.