Səfir: "Rumıniya Bakıdakı I Avropa oyunlarında 200 idmançı ilə təmsil olunacaq"

Səfir: "Rumıniya Bakıdakı I Avropa oyunlarında 200 idmançı ilə təmsil olunacaq" Rumıniya gimnastika, avarçəkmə və velosiped idmanında medal qazanacağına ümid edir
Avropa Oyunları
14 May , 2015 12:47
Səfir: Rumıniya Bakıdakı I Avropa oyunlarında 200 idmançı ilə təmsil olunacaq

Bakı. 14 may. REPORT.AZ/ Rumıniyadan təxminən 200 idmançı iyunun 12-28-də Azərbaycanda keçiriləcək I Avropa oyunlarında iştirak edəcək. 

Bu barədə "Report"a Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu bildirib. 

Onun sözlərinə görə, atletlərlə birgə Bakıya Rumıniyanın Milli Olimpiya Komitəsinin rəhbərliyi də gələcək. 

Səfir, həmçinin qeyd edib ki, oyunların açılış mərasimində iştirak etmək üçün Rumıniyanın yüksək səviyyəli nümayəndə heyətinin Bakıya gəlməsi planlaşdırılır. 

Bu oyunlardan gözlənilən uğurlar haqqında danışan D.K.Çobanu bildirib ki, Rumıniya gimnastika, avarçəkmə və velosiped idman növlərində medal qazanacağına ümid edir.

Son xəbərlər

Orphus sistemi