Yuxarı

Saymon Kleqq: "Bakı Olimpiya Stadionu bağlanışa tam hazırdır"

Azərbaycan idmançılarının uğurları tamaşaçı sayına təsir göstərib

Bakı. 26 iyun. REPORT.AZ/ Avropa Oyunlarının 14-cü yarış gününü izləyən tamaşaçıların sayı ümumi tutumun 75 faizindən çoxunu əhatə edib. "Report"un məlumatına görə, bu barədə ənənəvi mətbuat konfransında Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Əməliyyatlar üzrə direktoru Saymon Kleqq açıqlama verib.    

O bildirib ki, ötən gün Heydər Əliyev adına İdman Arenasında cüdo yarışlarına start verilib. Bu gün isə velosiped idmanının BMX yarışları başlanacaq. S.Kleqq BMX yarışları proqramında etdikləri dəyişikliyi hava şəraiti ilə əlaqələndirib: "Daha öncə istəmirdik ki, bu yarışı sonuncu gün keçirək. Amma hava şəraiti ilə əlaqədar iyunun 27-də nəzərdə tutulan yarışı bu günə keçirdik". 

S.Kleqq Azərbaycan idmançılarının uğurlarının tamaşaçı sayına təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bugünkü yarışları 29 minədək tamaşaçının izləyəcəyi gözlənilir: "Bu gün 9 idman növü üzrə 23 dəst medal sahibini tapacaq. Eyni zamanda 3x3 basketbol üzrə final görüşü olacaq. Sabah isə 26 minə yaxın tamaşaçının gəlişini gözləyirik". 

Uzun yolu gözəl nəticələrlə başa çatdırdıqlarını deyən BEGOC rəsmisi bildirib ki, Bakı Olimpiya Stadionu artıq bağlanışa tam hazırdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi