Yuxarı

Pərviz Bağırov: "Gücümün yalnız 60 faizindən istifadə edə bildim"

Bundan sonrakı döyüşlərimin asan keçəcəyinə inanıram

Bakı. 21 iyun. REPORT.AZ/ "Döyüşlərə 100 faizlik hazırlaşsam da, gücümün yalnız 60 faizindən istifadə edə bildim. Çünki uzun müddətdir rinqdən kənarda qalmışdım. Bu, özünü həm psixoloji, həm də fiziki baxımdan göstərir. Tamaşaçılar məni çox yaxşı dəstəkləyirdilər və bunun üçün onlara təşəkkür edirəm. Bundan sonrakı döyüşlərimin asan keçəcəyinə və gözəl döyüş sərgiləyəcəyimə inanıram". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı təmsil edən Pərviz Bağırov deyib.

Rəqibini tanıdığını deyən P.Bağırov bildirib ki, moldovalı Vasiliy Belous güclü idmançıdır: "Çünki o, iki dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. Mən onunla 2012-ci il Qazaxıstanda keçirilən yarışda rinqə çıxmışam. Həmin yarışda da ona qalib gəlmişdim. Növbəti görüşüm almaniyalı boksçu ilə olacaq. Onu da udandan sonra yarımfinala vəsiqə qazanacam. Təbii ki, finala çıxmağı hədəfləmişəm. Hər bir idmançı rinqə çempion olmaq üçün çıxır. Eləcə də mən. Xeyli əziyyət çəkmişəm, inşallah, qızıl medala layiq görülərəm". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi