Patrik Hikki: "II Avropa Oyunlarının Qərbi Avropada keçirilməsini istərdim"

Patrik Hikki: "II Avropa Oyunlarının Qərbi Avropada keçirilməsini istərdim" "Siyasətimiz Oyunların coğrafi cəhətdən yayılmasını nəzərdə tutur"
Avropa Oyunları
25 İyun , 2015 10:57
Patrik Hikki: II Avropa Oyunlarının Qərbi Avropada keçirilməsini istərdim

Bakı. 25 iyun. REPORT.AZ/ "II Avropa Oyunlarını keçirməyə 4 şəhər namizəddir". Report"un məlumatına görə, bunu "Associated Press"ə açıqlamasında Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki deyib. 

P.Hikki bildirib ki, növbəti Oyunların Qərbi Avropada təşkilini istərdi: "EOC olaraq, siyasətimiz Oyunların coğrafi cəhətdən yayılmasını nəzərdə tutur". 

Bununla belə, EOC prezidenti deyib ki, II Avropa Oyunlarını Avropanın qərbində keçirmək alınmasa, Oyunları ən yaxşı saydıqları məkanda təşkil edəcəklər. 

Son xəbərlər

Orphus sistemi