Bakı. 26 aprel. REPORT.AZ/
“Report”un xəbərinə görə, Patrik Hikki çıxışında Avropa idmanının qitəmizin idman potensialının reallaşması yolunda yekun mərhələyə daxil olduğunu deyib.
Onun sözlərinə görə, ilk Avropa Oyunları artıq reallığa çevrilir.
"İki ildən bir qədər çox əvvəl biz böyük məmnunluqla elan etdik ki, Avropa Oyunlarını qəbul edən ölkə “Odlar Yurdu” Azərbaycan olacaq. Ən cəlbedici elementlərdən biri - ölkənizin milli rəmzi olan alov, eyni zamanda, Olimpiya Hərəkatının gücünün və qüdrətinin əsas təcəssümüdür. Məşəlin alovlandırılmasının və estafetin müasir ənənəsinin əsasını qoymuş, qədim idman oyunlarını yaratmış yunan sivilizasiyası odu, alovu müqəddəs sayırdı", - deyə Avropa Olimpiya Komitəsinin prezidenti vurğulayıb.
O, bildirib ki, məşəlçilər qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayırlar.
Patrik Hikki qeyd edib ki, “Bakı-2015” bütün Azərbaycanın əməyi və səyləri sayəsində baş tutacaq. "Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım
Onun sözlərinə görə, Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar: "Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı. Mən gözəl ölkənizi gəzib dolaşan “Bakı-2015” məşəlinin estafetini izləməyi səmimiyyətlə arzulayıram. Çünki bu məşəl çox mühüm ilk Avropa Oyunlarının açılış mərasiminə aparan yolu işıqlandıracaq".